İranda hökumət əleyhinə etirazlarda iştirak etməkdə ittiham olunan iki şəxs edam olunub.
NUHÇIXAN xarici mediaya istinadən xəbər verir ki, Əbülfəzl Sepahi və Əmir-Hüseyn Səfəri barəsində ölüm hökmləri bu gün səhər saatlarında icra edilib.
Edam yerli sakinlərin iştirakı ilə mərkəzi İsfahan əyalətinin Məlikşəhr şəhər meydanında baş tutub.
Məhkumlar 2026-cı il yanvarın 8-də polis əməkdaşlarına hücum etməkdə təqsirli biliniblər. İstintaqın versiyasına görə, onlar polislərin üzərinə benzin tökərək yandırıblar.
Onlara qarşı həmçinin silahdan istifadə etdiklərinə, qorxu və terror mühiti yaratdıqlarına, eləcə də hakimiyyətin versiyasına görə, ölkədə ictimai asayişi və təhlükəsizliyi ciddi şəkildə pozan hərəkətlərə görə "moharebe" ("Allaha qarşı müharibə aparmaq") ittihamları irəli sürülüb.
