Türkiyə UNESCO Dünya İrs Komitəsinin 49-cu Sessiyasına ev sahibliyi edəcək

A- A A+

UNESCO Dünya İrs Komitəsinin (DİK) 49-cu sessiyası Türkiyənin ev sahibliyi ilə təşkil olunacaq. Bu barədə qərar DİK-in Koreya Respublikasının Busan şəhərində keçirilən 48-ci sessiyasında qəbul edilib.

Bununla bağlı NUHÇIXAN-a Türkiyənin Xarici İşlər Nazirliyindən məlumat verilib.

Türkiyənin UNESCO yanında daimi nümayəndəsi, səfir Mustafa Yurdakul DİK-in 49-cu sessiyasının sədri vəzifəsini öz üzərinə götürüb. Sessiyanın 2027-ci ildə İstanbulda keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, UNESCO-nun Dünya İrs Siyahısında Türkiyənin qeydiyyata alınan 22 mədəni və qarışıq irs sahəsi mövcuddur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: