Yaponiyanın Kumamoto prefekturasının Kaşima şəhərindəki ticarət mərkəzində partlayış baş verib.
NUHÇIXAN "Kyodo"ya istinadən xəbər verir ki, partlayış nəticəsində binanın ikinci mərtəbəsi qismən çöküb.
Yanğından mühafizə xidmətinin məlumatına görə, çoxlu sayda insan dağıntılar altında və zədələnmiş binanın içində qalıb. Hadisə yerində xilasetmə əməliyyatı davam edir.
Qeyd edək ki, bu gün daha əvvəl Kumamoto prefekturasında 7,1 maqnitudalı zəlzələ baş verib. Son məlumatlara görə, təbii fəlakət nəticəsində 50-dən çox insan xəsarət alıb.
