Media: Oman Hörmüz boğazının Malakka boğazı kimi idarə olunması mexanizmini təklif edib

A- A A+

Oman Hörmüz boğazının idarə olunması ilə bağlı yeni mexanizm təklif edib. Region ölkələri tərəfindən dəstəklənən bu təklifə görə, Hörmüz boğazı heç bir ölkənin birtərəfli nəzarətində olmamalı və xidmətlərdən istifadə üçün rüsumlar könüllülük prinsipi ilə toplanmalıdır.

NUHÇIXAN xəbər verir ki, “Reuters” agentliyinin Körfəzdəki mənbələrinə istinadla yaydığı bu məlumata görə, irəli sürülən təklif Malakka boğazının nümunəsinə əsaslanır.

Belə ki, Malayziya ilə İndoneziya arasındakı bu mühüm su yolundan istifadə edənlər naviqasiya, ətraf mühitin qorunması, axtarış və xilasetmə əməliyyatlarının maliyyələşdirilməsinə könüllü olaraq töhfə verirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: