Fransada meşə yanğınlarını törətməkdə şübhəli bilinən şəxs saxlanılıb

A- A A+

Fransada meşə yanğınlarına çevrilən bir neçə yanğını törətməkdə şübhəli bilinən gənc saxlanılıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə "Le Figaro" məlumat yayıb.

Bildirilib ki, 23 yaşlı şəxsə rəsmi ittiham irəli sürülüb və o, həbsdə saxlanılıb.

İşin təfərrüatları ilə tanış olan mənbələrin məlumatına görə, o, iyulun 19-dan 24-dək Brinyol, Kabass və Ven-syur-Karami yaşayış məntəqələri ərazisində qəsdən yanğınlar törətməkdə şübhəli bilinir.

Məlumata görə, müşahidə kameralarının qeydləri əsas sübut olub.

Fransa artıq bir həftəyə yaxındır ki, on minlərlə hektar ərazini məhv edən və 200 mindən çox insanın təxliyəsinə səbəb olan meşə yanğınlarından əziyyət çəkir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: