İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla görüşünün çox uğurlu keçdiyini bildirib.
NUHÇIXAN xəbər verir ki, o, bu barədə "Instagram" sosial şəbəkəsindəki hesabında yayımladığı videomüraciətdə deyib.
Netanyahu qeyd edib ki, görüş tam tərəfdaşlıq və qarşılıqlı dəstək ruhunda keçib. Tərəflər İranın nüvə silahına malik olmamasının təmin edilməsi, eləcə də digər ortaq məqsədlərlə bağlı fikir mübadiləsi aparıblar.
"Bu, ABŞ Prezidenti, dostumuz Donald Trampla indiyədək keçirdiyim ən yaxşı söhbətlərdən biri idi. Bu görüş İsrail dövlətinin təhlükəsizliyi və gələcəyi baxımından mühüm əhəmiyyət daşıyan məsələlərin müzakirəsi və fəaliyyətimizin əlaqələndirilməsi üçün mühüm fürsət oldu", – deyə Netanyahu bildirib.
