ABŞ Silahlı Qüvvələri İran limanlarının dəniz blokadasının bərpa edilməsindən bəri 18 ticarət gəmisinin istiqamətini dəyişdirib.
NUHÇIXAN xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində məlumat paylaşıb.
"İyulun 28-nə olan məlumata görə, blokadaya tam riayət olunmasını təmin etmək üçün CENTCOM 18 kommersiya gəmisinin istiqamətini dəyişdirib, ikisini sıradan çıxarıb və daha iki gəmiyə baxış keçirib", - məlumatda deyilir.
Komandanlığın məlumatına görə, Yaxın Şərqdə hərbi tapşırıqların yerinə yetirilməsini təmin edən ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus 20-dən çox hərbi gəmi fəaliyyət göstərir.
Xatırladaq ki, ABŞ iyulun 14-də İranın dəniz blokadasını bərpa edib.
