"Daşnaksütyun"un üzvü Ara Naxşkaryan rüşvət işi üzrə saxlanılıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə istinadən Ermənistan mediası məlumat yayıb.
"Korrupsiyaya Qarşı Mübarizə Komitəsində seçkiqabağı rüşvət vermə və alma faktları üzrə başlanmış cinayət icraatı çərçivəsində, "Ermənistan" blokunun siyahısı üzrə deputatlığa namizəd olmuş Ara Naxşkaryan bu gün saxlanılıb", – qurumdan bildirilib.
A.Naxşkaryan bu gün öz evində saxlanılıb.
Bundan əvvəl Korrupsiyaya Qarşı Mübarizə Komitəsi müxalif "Ermənistan" blokundan deputatlığa namizədlərdən birinin cəlb edildiyi seçicilərin ələ alınması üzrə yeni sxemin üstünü açdığını iddia edib. Komitə səs yazıları yayımlayıb və orada həmsöhbətlərdən birinə Naxşkaryan soyadı ilə müraciət olunur.
