II Qaregin və altı yepiskop barəsində cinayət işi məhkəməyə göndərilib

A- A A+

Ermənistan prokurorluğu bütün ermənilərin katolikosu II Qaregin və Erməni Apostol Kilsəsinin altı yepiskopu və arxiyepiskopuna qarşı cinayət işini məhkəməyə göndərib.

NUHÇIXAN Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, II Qaregin və Erməni Apostol Kilsəsinin üzvləri dini rütbədən məhrum edilmiş Masiatsotn yeparxiyasının sabiq rəhbəri Arman Saroyanın iddiası üzrə təminat tədbirinin tətbiq edilməsi barədə məhkəmə qərarının icrasına mane olmaqda ittiham edilirlər.

Fevral ayında prokurorluq II Qareginə qarşı cinayət təqibinə başlayıb və onun Ermənistandan çıxışına qadağa qoyub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: