“Facebook” sosial şəbəkəsi istifadəçilərə reklama baxışa görə ödəniş etmək üçün öz kriptovalyutasını yaratmaq imkanını nəzərdən keçirir. Bu haqda öz mənbələrinə istinadən “The Wall Street Journal” yazıb.
NUHÇIXAN “iz.ru” saytına istinadən yazır ki, “Facebook” rəhbərliyi bu üsulla istifadəçilərin aktivliyini artırmağı planlaşdırır.
Nəşrin məlumatına görə, “Facebook”un nümayəndələri bu məqsədlə “Visa” və “Mastercard” ilə danışıqlar aparırlar. Layihə “Project Libra” adlandırılıb.