Fransada yanğın törətməkdə şübhəli bilinən 260-dan çox şəxs saxlanılıb

A- A A+

Fransa hüquq-mühafizə orqanları meşə yanğınları başlayandan bəri qəsdən yanğın törətməkdə şübhəli bilinən 263 nəfəri saxlayıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Fransa hökumətinin məlumatlarına istinadən "Le Parisien" qəzeti bildirib.

Qeyd olunur ki, saxlanılanların 92-si yetkinlik yaşına çatmayanlardır.

Xatırladaq ki, yay mövsümü başlayandan bəri Avropada meşə yanğınları ilə müşayiət olunan anomal istilər müşahidə edilir. İspaniya və Fransada 360 minə yaxın insan təxliyə edilib. Avropa Komissiyası daha əvvəl bildirib ki, Avropa İttifaqının (Aİ) mülki müdafiə mexanizmi vasitəsilə yanğınların söndürülməsinə 13 təyyarə və 4 helikopter, eləcə də yüzlərlə yanğınsöndürən səfərbər edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: