ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) qüvvələri İran limanlarının dəniz blokadasına ciddi əməl olunmasını təmin etməyə davam edir.
NUHÇIXAN xəbər verir ki, bu barədə komandanlığın "X" sosial şəbəkəsindəki məlumatında deyilir.
"İyulun 29-na olan vəziyyətə görə, Amerika hərbçiləri blokada çərçivəsində 20 ticarət gəmisinin istiqamətini dəyişdirib, ikisini sıradan çıxarıb və daha iki gəmiyə baxış keçirib", - paylaşımda qeyd olunur.
Xatırladaq ki, ABŞ İran limanlarının dəniz blokadasını iyulun 14-də bərpa edib.
