Keniyada fillərin kütləvi ölümünün ehtimal olunan səbəbi açıqlanıb

A- A A+

Keniyada Amboseli Milli Parkı yaxınlığında fillərin kütləvi ölüm səbəbinin sianidlə zəhərlənmə olduğu ehtimal olunur.

NUHÇIXAN xəbər verir ki, bu barədə Keniya Vəhşi Təbiəti Mühafizə Xidmətinə (KWS) istinadən "Citizen Digital" portalı məlumat yayıb.

KWS-in məlumatına görə, son bir ay ərzində "Amboseli" Milli Parkının ekosistemində 15 fil yaxınlıqda yerləşən pomidor plantasiyalarında səpilmiş pestisidləri udduqdan sonra ölüb.

KWS-in baş direktoru Erastus Kanqi bildirib ki, ölmüş heyvanlardan götürülmüş nümunələrin laborator tədqiqatlarının ilkin nəticələri kənd təsərrüfatı kimyəvi maddələri ilə zəhərlənməyə işarə edir.

Nəşrin qeyd etdiyinə görə, ən böyük itkilərə qısa müddət ərzində beş yetkin dişi filin və bir balanın öldüyü Kimana qoruğu məruz qalıb.

Mütəxəssislər fil sürülərini müşahidə etməyə və onların ölüm şəraitini araşdırmağa davam edirlər.

Daha əvvəl "Kenyans.co.ke" portalı xəbər verirdi ki, son iki-üç həftə ərzində Amboseli Milli Parkı ərazisində müxtəlif cins və yaşda olan ən azı 16 filin cəsədi tapılıb. Onların tələf olmaq səbəblərinin aydınlaşdırılması üçün baytarlar cəlb edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: