Endi Börnhem Britaniyanın yeni nüvə sualtı qayıqlarına 8,4 milyard funt sterlinq ayıracaq

A- A A+

Böyük Britaniyanın Baş naziri Endi Börnhem ölkənin yeni nəsil “Dreadnought” sinifli nüvə sualtı qayıqlarının inşası üçün 8,4 milyard funt sterlinq həcmində investisiya ayrılacağını elan edib.

NUHÇIXAN xəbər verir ki, nüvə silahı daşımaq qabiliyyətinə malik olan bu sualtı qayıqlar hazırda istismarda olan “Vanguard” sinifli qayıqları əvəz edəcək və “Trident II D5” ballistik raketlərini buraxa biləcək.

Hökumətin məlumatına görə, investisiya Böyük Britaniyanın təhlükəsizliyinin gücləndirilməsinə xidmət etməklə yanaşı, ölkə üzrə 47 min yeni iş yeri və şagirdlik proqramı yaradacaq. Vəsaitin 5,9 milyard funt sterlinqi “BAE Systems” şirkətinə, 2,5 milyard funt sterlinqi isə müdafiə sənayesinin digər təchizat zəncirinə ayrılacaq.

Bu təşəbbüs hökumətin Böyük Britaniyada sənayenin yenidən inkişaf etdirilməsi və gənclər arasında işsizliyin azaldılması istiqamətində planlarının bir hissəsi kimi təqdim olunur. Eyni zamanda, ölkədə müdafiə xərclərinin artırılması ilə bağlı müzakirələr də davam edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: