Türkiyə TR-YÖS imtahanlarına qeydiyyat vaxtını uzadıb

A- A A+

Türkiyədə ali təhsilin beynəlmiləlləşməsi strategiyasının əsas hissəsi olan Xaricdən Tələbə Qəbulu İmtahanı (TR-YÖS) bu il ikinci dəfə oktyabrın 11-də keçiriləcək.

NUHÇIXAN xəbər verir ki, bu barədə Türkiyənin Ölçmə, Seçmə və Yerləşdirmə Mərkəzi (ÖSYM) məlumat yayıb. Məlumata əsasən, Türkiyədə ali təhsil almaq istəyən xarici tələbələr üçün nəzərdə tutulan imtahan həm Türkiyədə, həm də xaricdə təşkil olunacaq. Qeydiyyat müddəti avqustun 3-dən 11-dək uzadılıb.

İmtahan türk, alman, ingilis, fransız, rus və ərəb dillərində keçiriləcək. Nəticələr noyabrın 5-də açıqlanacaq və 2 il etibarlı olacaq.

ÖSYM sədri professor Bayram Ali Ersoy bildirib ki, 13 illik fasilədən sonra, 2023-cü ildən yenidən tətbiq edilən TR-YÖS xarici tələbə qəbulunda vahid standart yaratmaq məqsədi daşıyır. Onun sözlərinə görə, imtahan bu gün artıq çoxsaylı ölkələrdə keçirilir, Türkiyə universitetlərinə çıxışı asanlaşdırır və ölkənin təhsil diplomatiyasının mühüm alətinə çevrilib.

Ersoy vurğulayıb ki, TR-YÖS vasitəsilə Türkiyəni seçən tələbələr ölkənin elmi, iqtisadi və mədəni inkişafına töhfə verir, məzun olduqdan sonra isə öz ölkələrində Türkiyənin könüllü mədəniyyət elçiləri kimi çıxış edərək iki ölkə arasında akademik, iqtisadi və mədəni əlaqələrin güclənməsinə xidmət edirlər.

Qeyd edək ki, bu imtahan vasitəsilə bir çox azərbaycanlı tələbə Türkiyədə təhsil alır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: