Bolqarıstanın Ruse vilayətində Dunay çayında suyun səviyyəsinin aşağı düşməsi nəticəsində mamonta aid olduğu ehtimal edilən qalıqlar tapılıb.
NUHÇIXAN Bolqarıstanın BTA informasiya agentliyinə istinadla xəbər verir ki, Ruse Regional Tarix Muzeyinin mütəxəssisləri alt çənə, iki diş və qabırğa sümüyü aşkarlayıblar. Bildirilib ki, qalıqlar muzeyə aparılacaq və onların hansı mamont növünə aid olduğu araşdırılacaq.
Mütəxəssislər heyvanın məhz həmin ərazidə tələf olduğunu ehtimal edirlər.
