NATO Təkmilləşdirilmiş Hava Polisliyi vəzifəsi çərçivəsində Türkiyənin kontingenti 2026-cı ilin 1 avqust-30 noyabr tarixləri arasında Estoniyadakı Amari Hava Bazasında fəaliyyət göstərəcək.
NUHÇIXAN "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin həftəlik icmalla bağlı açıqlamasında bildirilib.
Məlumata görə, kontinentin 5 ədəd F-16 təyyarəsi ilə Estoniyaya dislokasiyası artıq tamamlanıb.
"Türkiyə birlikləri vəzifə müddətində NATO-nun müştərək hava müdafiə fəaliyyətləri çərçivəsində Baltik hava məkanının təhlükəsizliyinə töhfə verəcək, 7 gün 24 saat əsasına görə həyəcan reaksiya vəzifəsi icra edərək NATO hava məkanının təhlükəsizliyinin təmininə dəstək verəcəkdir.
Ölkəmiz NATO Təkmilləşdirilmiş Hava Polisliyi vəzifəsini sabah (31 iyul) təşkil ediləcək mərasimdə Portuqaliyadan təhvil alacaq", - məlumatda qeyd olunub.
