Qazaxıstan Xəzər Boru Kəməri Konsorsiumu dəniz terminalının ərazisində iki tankerin dron hücumuna məruz qaldığını bildirib

A- A A+

Xəzər Boru Kəməri Konsorsiumunun (XBKK) dəniz terminalı yaxınlığında iki tanker dron hücumuna məruz qalıb.

NUHÇIXAN Qazaxıstan Enerji Nazirliyinə istinadla xəbər verir ki, iyulun 30-da VPU-3 tək nöqtəli lövbərsalma məntəqəsində neftin yüklənməsini başa çatdıran “Nissos Sifnos” tankeri hücuma məruz qalıb. Hücum təhlükəsi səbəbindən yükləmə prosesi dayandırılıb.

Yüklənməsi planlaşdırılan “Marathi” tankerinə də XBKK dəniz terminalından 6-7 dəniz mili məsafəsində dron hücumu edilib.

Əldə edilən məlumata görə, gəmi heyətləri arasında xəsarət alan olmayıb və neft dağılması baş verməyib. Baş verən yanğın isə konsorsiumun üç yedək gəmisinin köməyi ilə söndürülüb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: