Tusk: Rusiyanın raketini vurmağa hazır idik

A- A A+

İyulun 30-na keçən gecə Lüblin voyevodalığının ərazisinə daxil olan Rusiyanın "X-101" qanadlı raketi ölkənin içərilərinə doğru hərəkətini davam etdirsəydi, Polşanın hava hücumundan müdafiə sistemi onu vurmağa hazır idi.

Bu barədə NUHÇIXAN Polşanın Baş naziri Donald Tuskun "X" sosial şəbəkəsindəki açıqlamasına istinadən məlumat verir.

"Əgər raket uçuşunu davam etdirsəydi, biz onu vurmağa hazır idik. Hər şey onun Rusiyanın "X-101" qanadlı raketi olduğunu göstərir", - baş nazir bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: