İran ordusu Bəhreyndə yerləşən ABŞ-ın Şeyx-İsa hərbi bazasının kritik infrastruktur obyektlərinə zərbələr endirib.
NUHÇIXAN xəbər verir ki, bu barədə İran ordusnun mətbuat xidmətinin açıqlamasında deyilir.
"Əməliyyatın iyirmi altıncı mərhələsi çərçivəsində İran ordusunun zərbəçi pilotsuz uçuş aparatları Bəhreyndəki Şeyx-İsa bazasında ABŞ ordusuna məxsus elektrik generatorlarına, naviqasiya sisteminə, eləcə də inzibati və arxa təminat binalarına zərbələr endirib", - deyə məlumatda qeyd olunub.
ABŞ-İran münaqişəsinin növbəti gərginləşmə mərhələsi iyulun 8-də başlayıb. ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında memorandumun imzalanmasından sonra ilk dəfə olaraq İran ərazisinə bir neçə silsilə zərbə endirib. Buna səbəb kimi guya Hörmüz boğazında ticarət gəmisinə hücum göstərilib.
Həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəsin dayandırıldığını elan edib. Cavab tədbirləri çərçivəsində Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazilərində yerləşən ABŞ obyektlərinə hücumlara başlayıb.
İyulun 29-da Tramp bildirib ki, ABŞ İrana qarşı zərbələri davam etdirmək niyyətindədir.
