ABŞ Dövlət Departamenti Türkiyənin F-35 qırıcı təyyarələrinin alınması üçün müəyyən edilmiş tələblərə hələ cavab vermədiyini bildirib.
NUHÇIXAN xəbər verir ki, bu barədə “Fox News” Dövlət Departamentinin iyulun 22-də ABŞ Konqresinə göndərdiyi məktuba istinadla məlumat yayıb.
Sənəddə qeyd olunur ki, ABŞ qanunvericiliyinə əsasən, Türkiyə Rusiyanın S-400 hava hücumundan müdafiə sistemlərinə malik olduğu və gələcəkdə belə sistemləri əldə etməyəcəyi ilə bağlı tələbləri yerinə yetirməyənədək F-35 qırıcılarının tədarükü mümkün deyil.
Xatırladaq ki, Ankara 2017-ci ildə Rusiyadan S-400 sistemləri aldıqdan sonra F-35 proqramından çıxarılıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə NATO sammitindən sonra ABŞ Prezidenti Donald Trampın F-35-lərin Türkiyəyə satışına müsbət yanaşdığını bildirib.
