Pakistanda Broud-Pik dağındakı (8 047 m) düşərgənin yaxınlığında baş verən qar uçqunundan sonra itkin düşən dörd alpinistin meyiti aşkarlanıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə "The Tourism Times" nəşri yazıb.
Bildirilib ki, ölən dörd nəfərin kimliyi rəsmi olaraq təsdiqlənməyib. Lakin ekspedisiyadakı mənbələr bildiriblər ki, "Yukta" kimi tanınan nepallı alpinist Pur Bahadur Qurunq və omanlı alpinist Nadirə Əl Hartinin cəsədləri tapılıb. Qalan iki nəfərin kimliyi dəqiqləşdirilir.
Axtarış əməliyyatı davam edir.
Daha əvvəl bildirilmişdi ki, qar uçqunu səbəbindən itkin düşmüş 10 alpinistin axtarışlarına başlanılıb.
