Son bir neçə gündə Türkiyədə baş verən meşə yanğınlarının nəzarət altına alındığı ərazilərdə zərərin qiymətləndirilməsi işlərinə başlanılıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum bildirib.
Nazir deyib ki, aparılan ilkin araşdırmalara görə, Antalya, Muğla və Balıkesir vilayətlərində baş verən yanğınlar nəticəsində 65 yaşayış və ya qeyri-yaşayış obyektinə zərər dəyib.
Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı isə Muğlanın Fethiye rayonundakı meşə yanğınının tamamilə nəzarət altına alındığını, Balıkesirin Gömeç, Antalyanın Alanya, Mersinin Gülnar-Aydıncık rayonlarında isə yanğınların məhdudlaşdırıldığını bildirib.
