Küveyt İranın pilotsuz uçuş aparatlarını vurduğunu açıqlayıb

A- A A+

Küveyt Silahlı Qüvvələri ölkənin hava məkanına daxil olan pilotsuz uçuş aparatlarının məhv edildiyini açıqlayıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Küveyt ordusu "X" səhifəsində məlumat yayıb.

Bildirilib ki, səhər saatlarında hava məkanını pozan PUA-lar hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub.

Ordunun açıqlamasına görə, düşən qalıqlar nəticəsində maddi ziyan qeydə alınıb, lakin ölən və ya xəsarət alan olmayıb.

Küveyt Silahlı Qüvvələri hadisəni İranın təcavüzü kimi qiymətləndirərək, hücumun ölkənin bir sıra həyati əhəmiyyətli və hərbi obyektlərini hədəf aldığını bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: