Bolqarıstanda prezident seçkilərinin vaxtı açıqlanıb

A- A A+

Bolqarıstanda növbəti prezident seçkiləri oktyabrın 25-də keçiriləcək.

NUHÇIXAN Bolqarıstanın BTA informasiya agentliyinə istinadla xəbər verir ki, bununla bağlı qərar Bolqarıstan Milli Assambleyası tərəfindən qəbul edilib.

Bolqarıstan qanunvericiliyinə əsasən, prezident ümumxalq səsverməsi yolu ilə 5 il müddətinə seçilir. Heç bir namizəd tələb olunan səs çoxluğunu qazanmasa, 7 gün sonra ən çox səs toplamış 2 namizəd arasında II tur keçiriləcək.

Prezident səlahiyyətlərini icra edən İliana Yotova seçkilərdə iştirak edəcəyini açıqlayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: