Fransa Prezidenti Emmanuel Makron Seutaya miqrantların genişmiqyaslı axını fonunda İspaniya ilə sərhəddə təyyarələr və pilotsuz uçuş aparatları yerləşdirmək barədə göstəriş verib.
NUHÇIXAN xəbər verir ki, Makron bu barədə "X" sosial şəbəkə hesabında yazıb.
"Mən daxili işlər nazirinə zərurət yarandıqda İspaniya ilə sərhədimizdə nəzarəti gücləndirməyi tapşırmışam: mobil qüvvələrin dörd bölməsi, təyyarələr və pilotsuz uçuş aparatları yerləşdirilib", - Makron bildirib.
O dəqiqləşdirib ki, Şengen zonası çərçivəsində sərbəst hərəkət rejimi Seutaya şamil edilmir. O həmçinin miqrantlarla bağlı vəziyyətin gərginləşməsi fonunda İspaniya ilə həmrəy olduğunu ifadə edib.
Qeyd edək ki, iyulun 31-də Mərakeşdən on minlərlə qeyri-qanuni miqrant İspaniyanın Seuta şəhərinə soxulub və buna görə də hakimiyyət orqanları şəhərə ordu yeridib. Bəziləri ölkəyə üzərək çatmağa cəhd edib və boğulub. Sahildən 57 nəfərin cəsədi tapılıb.
