Seutada yaranmış miqrant böhranına baxmayaraq, Şengen zonasının təhlükəsizliyi tam təmin edilib.
NUHÇIXAN xəbər verir ki, bu barədə İspaniyanın xarici işlər naziri Xose Manuel Albarez bildirib.
Nazirin sözlərinə görə, Seutaya gələn qanunsuz miqrantların böyük əksəriyyəti artıq Mərakeşə qayıdıb.
Bəyanat İtaliyanın Seutadakı miqrant böhranı ilə əlaqədar İspaniya ilə dəniz və hava yolu üzrə sərhəd nəzarətini müvəqqəti bərpa etməsindən sonra səsləndirilib.
