Gürcüstan universitetlərində təhsil haqlarının dövlət tərəfindən ödənilməsi şərtləri açıqlanıb

A- A A+

Gürcüstan universitetlərində təhsil alan tələbələrin təhsil haqqının dövlət tərəfindən ödənilməsi qaydaları və şərtləri müəyyən edilib.

NUHÇIXAN xəbər verir ki, Gürcüstanın Təhsil, Elm və Gənclər naziri Givi Mikanadze dövlət universitetlərində yeni maliyyələşmə modeli ilə bağlı açıqlama verib.

Nazirin sözlərinə görə, yeni modelə əsasən, dövlət universitetlərində təhsil alan tələbələrin ilk iki semestr ərzində təhsil haqqı tam olaraq dövlət tərəfindən qarşılanacaq. Lakin üçüncü semestrdən etibarən 100 faizlik maliyyələşməni davam etdirmək üçün tələbə əvvəlki semestrdə nəzərdə tutulan kreditlərin ən azı 80 faizini toplamalıdır.

Əgər tələbə 80 faizlik kredit tələbini yerinə yetirməzsə, dövlət onun təhsil haqqının 50 faizini maliyyələşdirməyə davam edəcək. Tələbəyə isə növbəti semestrdə əlavə fənlər götürərək lazımi kreditləri toplamaq və sonrakı dövrdə yenidən 100 faizlik maliyyələşməni bərpa etmək imkanı veriləcək.

Bildirilib ki, yeni maliyyələşmə modeli Dünya Bankının ekspertləri ilə əməkdaşlıq çərçivəsində hazırlanıb və digər ölkələrin təcrübəsi nəzərə alınıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: