Gürcüstanda terrorizmə qarşı mübarizə sahəsində mühüm addımlar atılıb. Qabaqlayıcı tədbirlər nəticəsində bir sıra təhdidlərin qarşısı alınıb.
NUHÇIXAN xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze Dövlət Təhlükəsizlik Xidmətinin yaradılmasının 11-ci ildönümünə həsr olunmuş tədbirdəki çıxışında bildirib.
Onun sözlərinə görə, korrupsiyaya qarşı mübarizə tədbirləri milli təhlükəsizliyin ayrılmaz hissəsidir. Gürcüstan cəmiyyəti bu istiqamətdə aktiv işin nəticələrini hər gün görür. Gürcüstan hökuməti hər cür korrupsiya cinayətinə qarşı barışmaz olmağa davam edəcək və hər kəs qanun qarşısında ciddi şəkildə məsuliyyət daşıyacaq.
