Rusiyanın paytaxtı Moskva şəhərinin mərkəzindəki Kudrinskaya meydanında yerləşən yay kafesinin yaxınlığında partlayış baş verib.
NUHÇIXAN yerli mediaya istinadla xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, hadisə nəticəsində 3 nəfər ölüb, 15-i yaralanıb.
Hadisə yerində istintaq qrupunun işlədiyi bildirilib.
