Yunanıstanda yanğının söndürülməsi zamanı iki helikopter toqquşub

A- A A+

Avqustun 2-də Yunanıstanda güclü meşə yanğınının söndürülməsi əməliyyatı zamanı iki helikopter havada toqquşub.

Hadisə Afinanın Psata bölgəsində baş verib.

NUHÇIXAN xəbər verir ki, bu barədə ölkənin yanğınsöndürmə xidməti məlumat yayıb.

Yanğınsöndürmə xidmətinin açıqlamasında bildirilir ki, ekipaj üzvlərinin tapılması üçün hazırda xilasetmə əməliyyatı davam etdirilir.

Hazırda Yunanıstan güclü küləklərin alovlandırdığı və sürətlə yaydığı bir neçə meşə yanğını ilə mübarizə aparır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: