Vaşinqton ştatında meşə yanğınları 60 min insanın evlərini tərk etməsinə səbəb olub

A- A A+

ABŞ-nin Vaşinqton ştatında baş verən meşə yanğınları nəticəsində azı 600 tikili məhv olub, təxminən 60 min insan təxliyə edilib.

NUHÇIXAN xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Məlumata görə, Spokan dairəsində davam edən yanğınlar həftəsonu 21 kvadratkilometr ərazini əhatə edib. Ştatın ikinci ən böyük şəhəri olan Spokan yaxınlığında bəzi yanğınlar hələ də nəzarət altına alınmayıb.

Vaşinqton ştatının qubernatoru Bob Ferqyuson ABŞ Prezidenti Donald Tramp ilə vəziyyəti müzakirə etdiyini, fəlakətin nəticələrinin aradan qaldırılması üçün federal yardım istədiyini bildirib.

Bildirilib ki, Milli Qvardiyanın bölmələri yanğınlarla mübarizəyə cəlb olunub. Ştat ərazisindəki meşə yanğınları ümumilikdə təxminən 1000 kvadratkilometr sahəni əhatə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: