Kuba növbəti dəfə işıqsız qalıb

A- A A+

Kubanın Milli Elektrik Sistemində (SEN) yenidən tam elektrik kəsilməsi baş verib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Kuba Dövlət Elektrik Şirkəti məlumat yayıb.

Şirkətin açıqlamasına görə, avqustun 3-də yerli vaxtla saat 06:43-də ölkənin milli elektrik şəbəkəsi tamamilə sıradan çıxıb.

Bundan əvvəl avqustun 1-də elektrik sistemində qismən nasazlıq yaranmış, nəticədə Kubanın qərb və mərkəz bölgələrində bir sıra əyalətlər işıqsız qalmışdı. İyul ayında isə milli elektrik şəbəkəsində səkkiz gün ərzində üç dəfə genişmiqyaslı elektrik kəsintisi qeydə alınıb.

Kuba hakimiyyəti ölkədəki enerji böhranını ABŞ-nin uzun illərdir tətbiq etdiyi ticarət, iqtisadi və maliyyə məhdudiyyətləri, eləcə də yanacaq təchizatına təsir göstərən sanksiyalarla əlaqələndirir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: