Nürnberqdə 1,8 minə yaxın musiqiçi 72 saat fasiləsiz ifa edb

A- A A+

Almaniyanın Nürnberq şəhərində 140-dan çox nəfəs alətləri orkestrindən 1,8 minə yaxın musiqiçi dünya rekordu müəyyənləşdirmək niyyəti ilə 72 saatlıq musiqi marafonunda iştirak edib.

NUHÇIXAN Süddeutsche Zeitung" nəşrinə istinadən xəbər verir ki, konsert Müqəddəs Yakov kilsəsində keçirilib.

Təşkilatçı Tomas Engelbrextin sözlərinə görə, avqustun 2-si səhərədək planlaşdırılmış proqram uğurla başa çatıb və indi iştirakçılar Almaniya Rekordlar İnstitutu tərəfindən rekordun rəsmi şəkildə təsdiqlənməsini gözləyirlər.

Üç sutka ərzində musiqiçilər növbə ilə nəfəs alətlərində əsərlər ifa ediblər. Kollektivlər uzun fasilələr olmadan hər 90 dəqiqədən bir bir-birini əvəz ediblər.

Bütün tədbir fotoşəkillər, videogörüntülər və iştirakçıların imzaları vasitəsilə sənədləşdirilib. Materiallar artıq Almaniya Rekordlar İnstitutuna göndərilib və qurumun nəticəni bir-iki iş günü ərzində təsdiqləyəcəyi gözlənilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: