Macarıstanda istilər fonunda enerji təhlükəsizliyi müzakirə olunur

A- A A+

Macarıstanda davam edən güclü istilər fonunda enerji sisteminin dayanıqlığı və fövqəladə hallara hazırlıq məsələləri yenidən gündəmə gəlib.

NUHÇIXAN xəbər verir ki, hakim “Fidesz” partiyası enerji təchizatının təhlükəsizliyi, elektrik şəbəkəsinin artan yüklənməsi və mümkün böhran ssenarilərinin qarşısının alınması məqsədilə xüsusi müşavirə keçirib.

Görüşdə isti hava dalğalarının elektrik enerjisinə tələbatı əhəmiyyətli dərəcədə artırdığı, buna görə də ölkənin enerji infrastrukturunun sabit fəaliyyətinin təmin edilməsinin vacibliyi vurğulanıb. Rəsmilər istehlakın pik saatlarında sistemin etibarlı işlədiyini bildirsələr də, ehtiyat tədbirlərinin gücləndirilməsinin zəruriliyini qeyd ediblər. Müzakirələr zamanı uzunmüddətli enerji təhlükəsizliyi, iqlim dəyişikliklərinin yaratdığı çağırışlar və istehlakın səmərəli idarə olunması istiqamətində əlavə addımlar da nəzərdən keçirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: