Türkiyənin mal ixracı həcmi 2026-cı ilin iyul ayında rekord həddə - 25,6 milyard dollara çatıb. Son 12 ayda isə ümumi mal və xidmət ixracı 401,1 milyard dollar təşkil edib.
NUHÇIXAN xəbər verir ki, bu açıqlamanı Türkiyənin ticarət naziri Ömer Bolat ölkənin son xarici ticarət statistikasına münasibət bildirərkən verib.
Ticarət naziri xatırladıb ki, bu ilin əvvəlində Türkiyənin ümumi ixracı 396 milyard dollar təşkil edib, lakin müsbət iqtisadi tendensiya sayəsində iyulun sonuna qədər yeni yüksək səviyyəyə çatıb.
“Bu ilin iyul ayına olan məlumata görə, xidmət sahələri istisna olmaqla, mal ixracı son 12 ayda 278,6 milyard dollar olub, ümumi mal və xidmət ixracı isə rekord həddə - 401,1 milyard dollara çatıb", - deyə türkiyəli nazir qeyd edib.
O əlavə edib ki, qlobal iqtisadiyyat 2026-cı ilə İran ətrafındakı eskalasiya ilə bağlı risklər də daxil olmaqla, artan proteksionizm və geosiyasi risklər fonunda daxil olub. Enerji, neft-kimya məhsulları, gübrələrin qiymətləri əhəmiyyətli dərəcədə artıb, təchizat və tədarük problemləri yaranıb.
Bolat əmin edib ki, Türkiyə hökuməti və şəxsən Prezident Rəcəb Tayyib Ərdoğan xarici risklərin milli iqtisadiyyata mənfi təsirini minimuma endirmək üçün bütün səyləri göstərir.
Türkiyədə istehlak qiymətləri indeksi 2026-cı ilin iyul ayında 1,78 faiz artıb və son 12 ayda inflyasiya səviyyəsi 31,75 faiz təşkil edib.
