Venesuelada zəlzələ qurbanlarının sayı 6125 nəfərə çatıb

A- A A+

Venesuelada baş verən güclü zəlzələ nəticəsində həlak olanların sayı 6125 nəfərə çatıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə ölkə Parlamentinin spikeri Xorxe Rodrigezin “Telegram” kanalında dərc olunan həftəlik bülletendə bildirilib.

Hesabata əsasən, axtarış-xilasetmə tədbirləri zamanı 6462 nəfər xilas edilib, 60 min 992 nəfər isə tibb müəssisələrində müalicə alıb. Ölkədə yoxlanılan 43 min 679 binadan 41 min 624-nün zədələndiyi, evsiz qalanlar üçün isə 287 evin təhvil verildiyi qeyd olunub.

Xatırladaq ki, iyunun 24-ü axşam saatlarında Venesuelada 40 saniyə ara ilə 7,2 və 7,5 bal gücündə iki güclü zəlzələ baş vermişdi. Yaracuy ştatında qeydə alınan bu təkanlardan sonra 1500-dən çox afterşok qeydə alınıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: