Efiopiyada torpaq sürüşməsi14 nəfərin ölümünə səbəb olub

A- A A+

Efiopiyanın Amhara bölgəsində güclü yağışların səbəb olduğu torpaq sürüşməsi nəticəsində 14 nəfər həlak olub, 7 nəfər isə yaralanıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Faciə Müqəddəs Məryəm monastırının ərazisində baş verib. Səhər saatlarında yüzlərlə dindar orada müqəddəs su ilə təmizlənmə mərasimində iştirak edərkən torpaq kütləsi uçub.

Yerli rəsmilər dağıntılar altında hələ də insanların qala biləcəyini və qurbanların dəqiq sayının hələlik məlum olmadığını bildiriblər. Ağır yaralılar yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: