Cənubi Koreyada istilər səbəbindən 16 nəfər ölüb

A- A A+

Cənubi Koreyada anomal istilər nəticəsində 16 nəfər ölüb.

NUHÇIXAN xəbər verir ki, bu barədə "Reuters" agentliyi Cənubi Koreya Prezidenti Li Çje Myonun sözlərinə istinadən məlumat yayıb.

"Biz böhranlarla mübarizə üzrə milli sistemin köklü şəkildə yenidən qurulması üçün səy göstərməliyik, çünki bu ekstremal hava şəraiti normaya çevrilir", - o qeyd edib.

Milli Meteorologiya Agentliyindən bildirilib ki, avqustun 2-də havanın temperaturu son 122 ilin maksimumuna - 42,5°C-yə çatıb. Növbəti gün meteorologiya xidməti ilk dəfə olaraq Seulun bəzi rayonları üçün şiddətli isti ilə bağlı xəbərdarlıq yayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: