Moskva vilayətinə gecə saatlarında edilən dron hücumu nəticəsində beş nəfər ölüb, altı sakin yaralanıb.
NUHÇIXAN xəbər verir ki, bu məlumatı Moskva vilayətinin qubernatoru Andrey Vorobyov verib.
Çexov rayonuna hücum nəticəsində anbarda yanğın baş verib, həmçinin elektrik yarımstansiyasına və inzibati binaya ziyan dəyib.
Leninqrad vilayətində hava hücumundan müdafiə sistemləri 17 dronu məhv edib. Tosnenski rayonundakı anbar sahəsinə ziyan dəyib, bir nəfər yaralanıb.
“Wildberries” şirkətinin mətbuat xidməti bildirib ki, Leninqrad vilayətinin Krasnı Bor kəndində logistika obyektinə dron hücumu nəticəsində yanğın baş verib. Yanğınsöndürənlər hadisə yerindədirlər.
