Özbəkistandakı iki kəndin Qırğızıstana verilməsi proseduruna start verilib

A- A A+

Qırğızıstan və Özbəkistan dövlət sərhədinin demarkasiyası haqqında sazişlərin həyata keçirilməsi çərçivəsində torpaq sahələrinin mübadiləsi ilə bağlı təşkilati və texniki tədbirlərə başlayıb.

NUHÇIXAN “Kabar” agentliyinə istinadla xəbər verir ki, iki qonşu ölkənin torpaq mübadiləsinin həyata keçirilməsi üzrə birgə işçi komissiyasının növbəti iclası Kadamjay rayonunda keçirilib. Təşkilati və texniki məsələlər, o cümlədən köçürülən ərazilərin sakinlərinin vətəndaşlıq statusunun müəyyən edilməsi, onların qeydiyyatı, köçürülməsi, əmlak, iqtisadi və digər məsələlərin həlli müzakirə edilib. Bu çərçivədə əhali ilə maarifləndirmə işləri də aparıb.

Qeyd olunub ki, dövlət sərhədinin demarkasiyası zamanı əvvəllər Özbəkistanın Fərqanə vilayətinin bir hissəsi olan Çonq-Qara və Taş-Tobo kəndləri Qırğızıstana verilib. Bu yaşayış məntəqələrində etnik qırğızlar yaşayır. İlkin məlumatlara görə, iki kəndin əhalisi təxminən 2500 nəfərdir

Hazırda yaşayış məntəqələrində qeydiyyat prosedurları davam edir. Növbəti mərhələdə Qırğızıstan vətəndaşlığının verilməsi üçün qanunla nəzərdə tutulmuş prosedurların tətbiqi nəzərdə tutulacaq.

Qırğızıstan və Özbəkistan arasında bağlanmış müqavilələrə əsasən, köçürülmüş yaşayış məntəqələrinin müqabilində Qırğızıstan tərəfi Özbəkistana dövlət sərhədi yaxınlığında ekvivalent torpaq sahəsi verəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: