Kramatorska endirilən zərbə nəticəsində xəsarət alanların sayı 22-yə çatıb

A- A A+

Rusiyanın Kramatorska endirdiyi aviazərbə nəticəsində xəsarət alanların sayı artaraq 22 nəfərə çatıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Ukraynanın Donetsk vilayətinin rəhbəri Vadim Filaşkin "Telegram" kanalında məlumat verib.

Onun sözlərinə görə, səhər saatlarında Rusiya qoşunları şəhərə iki aviabomba atıb, onlardan biri çoxmərtəbəli yaşayış binasına düşüb.

"Hazırda zərbənin fəsadlarının aradan qaldırılması üzrə işlər və axtarış-xilasetmə əməliyyatı davam edir", - V.Filaşkin qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: