İspaniya hökuməti hazırkı miqrasiya böhranı zamanı böyüklərin müşayiəti olmadan muxtar Seuta şəhərinə gedən miqrant uşaqlara yardımı təmin etmək üçün 25 milyon avro ayıracaq.
NUHÇIXAN EFE agentliyinə istinadən xəbər verir ki, bu barədə brifinq zamanı sosial təminat və miqrasiya naziri Elma Sais bildirib.
"Hökumət 25 milyon avro məbləğində növbədənkənar vəsait ayıracaq. Bu vəsait artıq ayrılmış 5,5 milyon avroya əlavə ediləcək", - o qeyd edib.
Nazirin sözlərinə görə, hökumət bu yolla Seutanın və xüsusilə də "əhalinin ən həssas təbəqələrinin" yanında olduğunu və bundan sonra da olacağını nümayiş etdirir.
Seuta hökumətinin müşaviri Alberto Qaytanın sözlərinə, hazırda şəhərdə 862 miqrant uşaq yerləşdirilib.
