Hindistan gəmisi Yəmən sahillərində, Qırmızı dənizdə hücumdan sonra batıb

A- A A+

Hindistanın "Faize Noore Oliya" gəmisi partlayıcı maddənin olduğu qayığın hücumundan sonra Yəmənin qərb sahillərində, Qırmızı dənizdə batıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə "Anadolu" agentliyi Yəmən Milli Müqavimət Qüvvələrinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, 14 heyət üzvünün hamısı xilas edilib.

"December 2" agentliyinin məlumatına görə, Əl-Hüdeydə şəhərindən təqribən 13 dəniz mili cənubda hücuma məruz qalan gəmi zədələnərək batıb.

Hücuma görə məsuliyyət daşıyan şəxslər hələ müəyyən edilməyib.

Bildirilir ki, Yəmən Hərbi Dəniz Qüvvələri və Sahil Mühafizəsinin keçirdiyi birgə əməliyyat nəticəsində 13-ü Hindistan və 1-i Yəmən vətəndaşı olmaqla bütün heyət üzvləri xilas edilib. Xəsarət alan yoxdur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: