Gürcüstanda elektrik enerjisinin kəsilməsinin ilkin səbəbi açıqlanıb

A- A A+

Gürcüstanda iyulun 25-də ölkənin böyük hissəsində elektrik enerjisinin kəsilməsi “İmereti” yüksəkgərginlikli elektrikötürmə xəttində baş vermiş qəza ilə bağlıdır.

NUHÇIXAN xəbər verir ki, bu barədə Gürcüstanın Energetika və Su Təchizatının Tənzimlənməsi üzrə Milli Komissiyasının sədri David Narmaniya məlumat verib. Onun sözlərinə görə, “İmereti” yüksəkgərginlikli elektrikötürmə xəttində qəza baş verib. Qəzadan sonra avtomatik mühafizə sistemləri lazımi qaydada işləməyib ki, bu da demək olar, bütün ölkədə elektrik enerjisinin kəsilməsinə səbəb olub.

İlkin araşdırmanın nəticələrinə əsasən, “İnquri” Su Elektrik Stansiyasının aqreqatlarında tezlik və gərginliyin tənzimlənməsi də düzgün həyata keçirilməyib. Bu isə ölkənin elektrik şəbəkəsində gərginlik və tezlik dalğalanmalarına səbəb ola biləcək amillərdən biri kimi qiymətləndirilir.

Problemin səbəblərinin tam müəyyənləşdirilməsi məqsədilə əvvəllər “İnquri” SES-də mühafizə sistemlərini quraşdırmış xarici mütəxəssislər araşdırmaya cəlb olunublar.

David Narmaniya bildirib ki, komissiyanın növbəti iclasında Gürcüstan Dövlət Elektrik Sistemi şirkətinin nümayəndələrinin hesabatı dinləniləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: