"EasyJet France" aviaşirkətinin əməkdaşlarının maraqlarını təmsil edən həmkarlar ittifaqları əmək şəraitinin pisləşməsi səbəbindən avqustun 7-dən sentyabrın 2-dək tətil elan edib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Fransa mediası məlumat yayıb.
Qeyd olunub ki, aksiyaların keçirilmə tarixi hələ dəqiqləşdiriləcək.
Bununla yanaşı, işçilərin nümayəndələri "EasyJet France" administrasiyası tərəfindən razılıq veriləcəyi halda, şirkət rəhbərliyi ilə danışıqları davam etdirməyə və tətil barədə xəbərdarlığı ləğv etməyə hazır olduqlarını bildiriblər.
