Rusiya iyulda 8300-dən çox aviabomba atıb

A- A A+

Bu ilin iyul ayında cəbhədə təxminən 8000 döyüş toqquşması baş verib. Rusiya ordusu iyul ayında 8300-dən çox idarəolunan aviabombadan istifadə edib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında deyilir.

“İyul ayında cəbhədə döyüş əməliyyatlarının yüksək intensivliyi davam edib. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, ötən ay 7922 döyüş toqquşması qeydə alınıb. Bu o deməkdir ki, orta hesabla gündə 250-dən çox döyüş baş verib”, - deyə hesabatda bildirilir.

Həmçinin iyul ayında Rusiya ordusu indiyə qədər ən çox sayda 8300-dən çox hava bombasından istifadə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: