"Frontex": Aİ-yə miqrant axını 37 % azalıb

A- A A+

2026-cı ilin birinci yarısında bütün Aralıq dənizi marşrutları üzrə Avropa İttifaqına (Aİ) gələn miqrantların sayı 37 % azalıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Avropa Sərhəd və Sahil Mühafizəsi Agentliyinin ("Frontex") məlumatlarına istinadən "Corriere della Sera" qəzeti məlumat yayıb.

Agentliyin məlumatına görə, İspaniyaya miqrant axını 67 % azalaraq 10 min nəfərdən bir qədər çox, İtaliyaya 55 % azalaraq 14 mindən çox təşkil edib, dəniz yolu ilə Yunanıstana gələnlərin sayı isə 29 % azalaraq 16,6 min nəfərə düşüb.

Bundan başqa, quru Balkan marşrutu ilə sərhədi keçən miqrantların sayı 24 % azalıb. İlin əvvəlindən bu yolla Aİ-yə 4 min nəfərdən az adam gəlib.

Bununla yanaşı, Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, Aralıq dənizi marşrutları əvvəlki kimi son dərəcə təhlükəli olaraq qalır: ilin əvvəlindən dəniz yolu ilə Avropaya çatmağa cəhd edərkən təxminən 1,3 min nəfər həlak olub.

Xatırladaq ki, daha əvvəl Aİ ölkələrinin daxili işlər nazirləri Seutadakı miqrasiya böhranı ilə əlaqədar İtaliyanın təşəbbüsü ilə təcili videokonfrans keçiriblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: