İsrail HƏMAS tamamilə ləğv olunana qədər Qəzza zolağındakı mövqelərini tərk etməyəcək.
NUHÇIXAN-ın məlumatına görə, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu "Facebook" səhifəsində dərc olunan videomüraciətində bildirib.
İsrail Baş nazirinin sözlərinə görə, Ağ ev HƏMAS-ı silahsızlaşdırmağa və Qəzza zolağını silahsızlaşdırılmış zonaya çevirməyə məcbur edə biləcəyini düşünür. Lakin İsrail təklif olunan layihə ilə (Qəzzada tənzimləmə üzrə Sülh Şurasının layihəsi - red.) razılaşmır və artıq informasiya kampaniyası başlamazdan əvvəl öz şərh və qeydlərini göndərib.
"Bu bizim layihəmiz deyil. Biz öz maraqlarımızın arxasında möhkəm dayanırıq", - Netanyahu bəyan edib.
İsrail Baş naziri həmçinin bildirib ki, İsrail Müdafiə Qüvvələrinin əsgərlərinə özlərini, dövlətin ərazisini və İsrail vətəndaşlarını qorumaq üçün lazımi hər şeyi etmək əmri verib.
