İtaliyanın 27 şəhərində anomal istilərlə bağlı qırmızı xəbərdarlıq elan edilib

A- A A+

İtaliyanın 27 şəhərində anomal istilərlə bağlı qırmızı xəbərdarlıq elan edilib.

NUHÇIXAN İtaliyanın ANSA agentliyinə istinadla xəbər verir ki, ölkədə davam edən həddindən artıq istilər gündəlik həyata mənfi təsir göstərir.

İtaliya Səhiyyə Nazirliyinin dərc etdiyi bülletenə görə, artıq 25 şəhərə şamil edilən 3-cü səviyyəli qırmızı xəbərdarlıq sisteminə daha iki şəhər əlavə edilib. Həmin şəhərlərin bəzi ərazilərində temperaturun 40 dərəcə Selsiyə çatacağı və istiliyin bir həftə davam edəcəyi proqnozlaşdırılır.

Səhiyyə Nazirliyi bildirib ki, “3-cü səviyyə” qırmızı xəbərdarlıq uzun müddət davam edən həddindən artıq istiliyin bütün əhali üçün sağlamlıq riski yaratdığı anlamına gəlir. Nazirlik əlavə edib ki, xəbərdarlıq təkcə yaşlılara, uşaqlara və xroniki xəstəlikləri olanlara deyil, həm də sağlam insanlara aiddir.

İtaliya bu il artıq dördüncü dəfədir ki, şiddətli isti hava dalğasına məruz qalır. Anomal istilər iyul ayında ölümlərə səbəb olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: